Binəqədinin fəal gəncləri şəhidimizin məzarını ziyarət etdilər – FOTOLAR

0
sehid-bineqedi-seymur-huseynoglu
Seymur Hüseynoğlu 27 sentyabrda başlayan Vətən müharibəmizə digər oğullarımız təki əsl qəhrəman kimi yollanıb.
16 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərin birində Seymur Hüseynoğlu ayaq, qarın və baş nahiyəsindən ağır yaralanıb. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhadətə qovuşub və II Fəxri Xiyabanda torpağa tapşırılıb.
O, şücaətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz Seymur Hüseynoğlunun doğum günü münasibətilə məzarını ziyarət ediblər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Bir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 1 nəfər, ayaqda, çiçək və açıq hava şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar, çiçək, abidə və açıq hava şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin