Binəqədidə şeir müsabiqəsi keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Binəqədi rayon 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə şeir müsabiqəsi keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan gəncliyi “2017-2021-ci illərdə”Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin tanıdılması, gənclər arasında Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliği, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Müsabiqədə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, mərkəzin metodiki şöbəsinin müdiri Mahirə Əliyeva, metodist Cəmilə Alıyeva, “Bədii-qiraət” dərnəyinin rəhbəri Çinarə Kərimli və Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva açaraq tədbirin mahiyyəti haqqında geniş məlumat verdi. Daha sonra 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev çıxış edərək müsabiqənin iştirakçılarına uğurlar arzuladı.

Müsabiqənin nəticəsinə əsasən;

Orta yaş qrupu üzrə:
1.Əhmədzadə Amil -244 nömrəli tam orta məktəbin-3e sinif şagirdi 1-ci yer;
2.Kərimzadə Hökümə – 6 n-li UGİM – 2-ci yer;
3.Mədətov Məhəmməd- 135 nömrəli tam orta məktəbin 8b sinif şagirdi- 3-cü yerə layiq görülmüşlər.

Böyük yaş qrupu üzrə;
1.Əsədov Rəvan 100 nömrəli tam orta məktəbin -11c sinif şagirdi 1-ci yer;
2.Qulubəyli Pünhan 299 nömrəli məktəb-liseyin -11-ci sinif şagirdi 2-ci yer;
3.Kərimli Şəms- 83 nömrəli məktəb-liseyin -9b sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.

Müsabiqədə fərqlənən iştirakçılar:
1.Nəsirli Nəzrin 100 nömrəli tam orta məktəbin 8d sinif şagirdi
2.Quliyeva Fidan 313 nömrəli tam orta məktəbin 10a sinif şagirdi
3.Baloyarova Aytac 284 nömrəli tam orta məktəbin 9d sinif şagirdi
4.Manafov Ağamusa UGİM
5.Mustafayeva Gülbən 99 nömrəli tam orta məktəbin 9b sinif şagirdi
6.Səttarov Amid 115 nömrəli tam orta məktəbin 10a sinif şagirdi
7.Məmmədli Fərhad 143 nömrəli məktəb-liseyin 5c sinif şagirdi
8.İbrahimzadə Nuray 205 nömrəli məktəb-liseyin 6c sinif şagirdi
9.Məmmədli Türkanə 297 nömrəli tam orta məktəbin 6b sinif şagirdi
10.Kazımova Aygül 157 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi

Müsabiqədə Qalib gələn və Fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom” və “Fərqlənmə Diplomu” ilə mükafatlandırılmışlar.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin