Prezident Cəbrayıl ictimaiyyəti ilə görüşdə Ermənistana və dünya güclərinə növbəti mesajlarını verdi

0
aslan mehdiyev

Azərbaycan son dərəcə şanlı və şərəfli tarix yaşadığı kimi, qloballaşan dünyada çətin, mürəkkəb tarixi proseslərdən keçməyə məhkum olub. Ona görə də biz daim informasiya müharibəsindəyik və cəmiyyətimizin hər bir fərdi bu işdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Təbii ki, bu müharibənin ön cəbhəsində ermənilərlə apardığımız mübarizədir. Çünki, ermənilər daimi azərbaycanlılara qarşı düşmənçilik siyasəti yeridiblər. Bunun əsas səbəbi onların bizim tarixi torpaqlarımızda özlərinə saxta dövlət qurmasıdır. Daha doğrusu ermənilər özləri heç vaxt dövlət qurmaq təcrübəsinə malik olmayıblar. Onara hər zaman havadarlıq edən dövlət(lər) olub edib. Bu fakt dünya tarixinin bir hissəsidir və bir çox tarixi sənədlər bunu təsdiqləyir.

Məlum olduğu kimi, ötən ilin sentyabrın 27-dən Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti təcavüzə başlamışdı. Böyük fəxr hissi ilə bildiririk ki, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırdı. Dünya azərbaycanlıları Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi və Milli Ordumuzun şücaəti sayəsində tarxi Zəfərə nail olduq.
Azərbaycan xalqı daimi tarixinin keşiyində durur və görülən bütün tədbirlər millətimizə xidmət edir. Bu baxımdan Prezident İlham Əliyev də bütün fəaliyyətində tariximizin keşiyində durduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin azad olunmuş torpaqlarımızla bağlı cəsarətli, tarixi faktlara söykənən fikirləri tarixçilər qarşısında böyük vəzifələr qoyur, bu baxımdan tarixçilərin fəaliyyət göstərməsi, dəqiq, əhatəli araşdırmalar aparması daha da asanlaşır.
Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə dediyi bir çox fikirlər Ermənistana və dünya güclərinə verilən növbəti mesajdır.
Ölkə başçısı bu görüşdə bildirib ki, işğaldan azad olunmuş bütün ərazilər erməni vəhşiliyinin sübutudur: “Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, bunu görən Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular”.
Bu gün Ermənistan artıq dalan ölkəyə çevrilib. Azərbaycanın səyləri nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid olunub və bu siyasət öz nəticələrini verib. Əgər Ermənistan bu düşmənçiliyini davam etdirəcəksə, Azərbaycan bundan sonra da bu siyasətini davam etdirəcək. Azərbaycan istədiyinə nail oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özü həll etdi. Ermənilərin Qarabağda qondarma dövlət yaratmaq xüylaranı, separatist fikirlıini puça çıxardı. Azərbaycan öz ərazi bütövlüyü məsələsni həll etməklə həm də dünyaya öz gücünü nümayiş etdirdi. Dünya birliyinə, ictimaiyyətinə göstərdi ki, Dağlıq Qarabağ bizim tarixi torpaqlarımızdır. Prezident öz çıxışında bu məsələyə də toxunaraq bildirib ki, heç kim Azərbaycanın daxili işinə qarışa bilməz: “Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. Azərbaycan öz xarici əlaqələrini və daxili işlərini bildiyi tərzdə planlaşdıracaq”.
Azərbaycan təkcə sözlə yox, hərbi gücü ilə, sübutlarla dünya birliyinə Ermənistanın işğalçı dövlət olduğunu göstərdi. Bu gün Qarabağdakı erməni vandalizmi bunun əyani sübutudur. 30 il Ermənistan bu çirkin, heç bir insanlığa sığmayan əməlini gizlətməyə çalışdı. Vətən müaribəsində Azərbaycanın tarixi qələbəsi, eyni zamanda Ermənistanı dünyaya ifaş etdi.

Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin