Binəqədidə keçirilən onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub

0

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 13-20 sentyabr 2021-ci il tarixlərində 27 sentyabr – “Anım günü” ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müzəffər ordumuzun Zəfər yürüşü” adlı onlayn rəsm müsabiqəsi keçirilmişdir. Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarının tanıdılması, böyüməkdə olan gənc nəslin doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması, ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, istedadlı şağırdlərin rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.

– Müsabiqənin nəticəsinə əsasən;

Kiçik yaş qrupu üzrə:
1.İsmayılzadə Məryəm -103 nömrəli tam orta məktəbin 3ç sinif şagirdi -1-ci yer;
2.Əhmədzadə Amin -244 nömrəli tam orta məktəbin 3e sinif şagirdi – 2-ci yer;
3.Əhmədova Hokumə -135 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi -3-cü yerə layiq görülmüşlər.

Orta yaş qrupu üzrə;
1.Şükürzadə Şükranə -99 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi – 1-ci yer;
2.Həsənli Ramal -297 nömrəli tam orta məktəbin 6a sinif şagirdi – 2-ci yer;
3.Həsənova Elnarə – 30 nömrəli tam orta məktəbin 7a sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.

Böyük yaş qrupu üzrə:
1.Qənbərli Şəms- 298 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 1-ci yer;
2.Əmircarova Mənsurə -179 nömrəli tam orta məktəbin 9c sinif şagirdi 2-ci yer;
3.Qulammirzəyev Rəşid-143 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.

Müsabiqədə fərqlənən iştirakçılar:
1.Əhmədova Xədicə 135 nömrəli tam orta məktəbin 1b sinif şagirdi
2.İsmayılzadə İntiqam 244 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi
3.İsmayılzadə Fatimə 244 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi
4.Baxşalıyeva Nuray 314 nömrəli tam orta məktəbin 7f sinif şagirdi
5.İbrahimli Nuray 103 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi
6.Nəsirli Fatimə 99 nömrəli tam orta məktəbin 6b sinif şagirdi
7.Tağızadə Lətifə 99 nömrəli tam orta məktəbin 6c sinif şagirdi
8.Abbaszadə Hüseyn 99 nömrəli tam orta məktəbin 8c sinif şagirdi
9.Məmmədli Nuran 103 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi
10.Vəliyeva Ìlahə 99 nömrəli məktəb-liseyin 8a sinif şagirdi
11.Məmmədova Nuray 297 nömrəli tam orta məktəbin 9ç sinif şagirdi
12.Ağayev Cəlal 179 nömrəli tam orta məktəbin 9ç sinif şagirdi

Müsabiqədə qalib olan və fərqlənən hər bir iştirakçını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

Müsabiqədə yer tutan və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom”, “Fərqlənmə Diplomu” ilə mükafatlandırılmışlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin