Azərbaycanlı tanınmış həkim Türkiyədə vəfat etdi

0

Türkiyədə müalicə olunan tanınmış azərbaycanlı həkim Ramil Həsənli vəfat edib.

Gənc həkim ötən gecə dünyasını dəyişib. 31 yaşlı həkim-kardioloq Ankara Qazi Universiteti xəstəxanasında COVID-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırdı. 31 yaşlı həkim müalicəsi müddətində təkrar pnevmaniya keçirmiş və vəziyyəti ağırlaşmışdı.
Ramil Həsənli Azərbaycan Tibb Universitetinin məzunudur. Azərbaycanda və Türkiyədə bir çox klinikalarda çalışmış, elmi məqalələr və kitablar yazmışdır.
Türkiyədə fəaliyyət göstərən “Əcnəbi həkimlər və tibb tələbələri” dərnəyinin qurucusu idi.
Qeyd edək ki, tanınmış həkim Ramil Həsənli Bineqedi.info saytının baş direktoru Hikmət Həsənovun qardaşı oğludur.
Bineqedi.info saytının kollektivi ziyalı bir nəslin nümayəndəsi olan Ramil Həsənliyə Allahdan rəhmət, əzizlərinə, o cümlədən saytımızın baş direktoru Hikmət Həsənova səbir diləyirik.

Bineqedi.info saytının kollektivi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin