Binəqədi rayonunda Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib – Fotolar

0
Bineqedi - agacekme aksiya

Binəqədi rayonunda 27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, bu gün Binəqədi rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsi ərazisində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilib.

Keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanları, Binəqədi rayon Gənclər və idman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və şəhid ailələrinin üzvləri iştirak edib.

İctimaiyyət nümayəndələri ümumilikdə 300-dən çox müxtəlif növ ağac əkiblər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılıb.

Bineqedi.info




BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin