Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Baş Prokurorluğun yeni inzibati bina kompleksində olublar

0

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü, habelə 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə sentyabrın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsində yerləşən yeni inzibati bina kompleksində olublar.
Bineqedi.info saytı AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqlarına baxıblar.
Sonra Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi heyət qonaqlarla görüşüb.
Görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal hüquq-mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi, infrastrukturunun yaxşılaşdırıldığı vurğulanıb, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə görülən işlərdən məmnunluğunu bildirib, 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə bütün prokurorluq əməkdaşlarına uğurlar arzulayıb.
Söhbət zamanı qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin