Binəqədidə kəsilmiş ağacların yerinə yeniləri əkildi – Video

0
kesilmis-agac-bineqedi

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, “Oba” marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Bineqedi.info xəbər verir ki, artıq kəsilmiş və düzgün budanmamış ağacların yerində Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yeni tinglər əkilib.

Qeyd edək ki, Ekoloji Təhlükəsizlik Xidməti daxil olan şikayətlə bağlı ərazidə araşdırma aparıb və sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə vurulan ziyanla bağlı toplanmış materiallar Binəqədi Rayon Prokurorluğuna göndərilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin