Binəqədi rayon 157 nömrəli tam orta məktəbin müəllimi yazır – MƏQALƏ

0

XVIII əsrin əvvəllərindən çar Rusiyasının xarici siyasətində Qafqaz mühüm rol oynamağa başlamış və çarizm bu dövrdən etibarən cənubda öz strateji mövqelərini möhkəmləndirməyə çalışmışdır. Tarixi faktlar göstərir ki, Qafqaz həm siyasi, həm də iqtisadi mənafe baxımından, Rusiyanın daim diqqət mərkəzində olmuş və bu dövrdə çar Rusiyası Azərbaycanı işğal etmək, burada özünə dayaq yaratmaq məqsədilə ermənilərdən məharətlə istifadə etmişdir. Belə ki, çar Rusiyasının regiona müdaxiləsi ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, о cümlədən Azərbaycana köçürülüb gətirilməsi burada erməni amilinin gücləndirilməsinə kömək etmişdir. Ermənilər də Rusiya imperiyasının onlara arxa duracaqlarına ümid bəsləyərək çarizmin Qafqazı işğal etməsinə köməklik göstərməklə öz məkrli siyasətlərini həyata keçirmək niyyətində olmuşlar. Çar Rusiyası onunla əlaqə saxlayan ermənilərdən öz gələcək işğalçılıq planlarının həyata keçirilməsi üçün bir vasitə kimi istifadə etmişdir.

Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. 1905-1906-cı illər qırğınları planlı şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırım mahiyyəti daşıyır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Məlumdur ki, sovet hakimiyyəti illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, kütləvi qırğın və zorakılıqlar, repressiya və deportasiyalar sovet tarixşünaslığında bu tip mövzuların tədqiqinə yasaq qoyulmuşdu. Yalnız Azərbaycan XX əsrin sonunda yenidən müstəqillik əldə etdikdən sonra tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Xalqımıza qarşı erməni təcavüzünün əsas məqsədi etnik təmizləmə siyasəti həyata keçirmək yolu ilə tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaqdan və sonradan müxtəlif yollarla onu genişləndirməkdən ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin reallaşması istiqamətində Rusiya və bəzi Qərb dövlətləri də mühüm rol oynamışlar. 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər.
1990-cı illərdə də xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdirlər. Artıq 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu qələbə ilə Azərbaycanımızn ərazi btütövlüyü bərpa edildi.
İşğal zamanı dağıdılmış yaşayış məntəqələri, törədilmiş vəhşiliklər əsl erməni xislətinə aid olduğu gördüm. Bir müəllim kimi Vətən müharibəsi iştirakçısı olmağımla qürur duyuram. Düşməni görəndə Xocalı faciəsi və müxtəlif zamanlarda xalqımıza qarşı onlar tərəfindən törədilmiş vəhşiliklər gözümün önünə gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycan xalqı bundan sonra əsrlərboyu bu tarixi qələbəni öz qəlbində yaşadacaq, daim qürur hissi keçirəcək. Qarabağ Azərbaycandır!

Ruslan Ağamalıyev,

Vətən müharibəsi iştirakçısı, Binəqədi rayon 157 nömrəli tam orta məktəbin Tarix müəllimi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin