Binəqədidə üzgüçülük turniri keçirilib – Fotolar

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Biləcəri Üzgüçülük Mərkəzində 15 Sentyabr-“Bilik Günü”nə həsr olunmuş “Üzgüçülük” üzrə rayon birinciliyi keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, “Üzgüçülük” (oğlanlar) birinciliyinin nəticəsinə əsasən arxası üstə üzmədə 1-ci yeri Musayev Kənan, 2-ci yeri Eminli Aydın, 3-cü yeri Məmmədli Hüseyn tutmuşdur. Sərbəst üzmədə isə 1-ci yeri Musayev Kənan, 2-ci yeri Məmmədli Hüseyn , 3-cü yeri Şirinli Maqsud tutmuşdur.
“Üzgüçülük” (qızlar) birinciliyinin nəticəsinə əsasən arxası üstə üzmədə 1-ci yeri Musayeva Səma, 2-ci yeri Namazova Ləman , 3-cü yeri Əlizadə Ləman tutmuşdur. Sərbəst üzmədə isə 1-ci yeri Musayeva Səma, 2-ci yeri Namazova Ləman , 3-cü yeri Qəhrəmanlı Nurgü tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, Biləcəri Üzgüçülük Mərkəzinin direktoru Mürsəl Qafarov iştirak etmişdir.

Bineqedi.info