Türkiyədə müalicə olunan 11 qazi sağalaraq Vətənə döndü – Fotolar

0

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb. 

Bineqedi.info saytı xəbər verir ki, bubarədə “YAŞAT” Fondu məlumat yayıb.

Qazilər Əbülfət Qurbanov, Ziyəddin Rəhimov, Alik Yusifov, Rəşad Novruzov, Mahur Həmidov, Xəyyam Əhmədov, Vidadi Məmmədov, Tural Səlimzadə, Nəriman Atakişiyev, Tanrıverdi Muradov və Rüfət İsmayılovun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.






BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin