Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısı məktəb direktoru təltif etdi

0

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə R.Pirnəzərov adına 299 saylı məktəb liseyin direktoru Solmaz Kazımovanın 60 illik yulieyi münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif edilmişdir.

Bineqedi.info-ya verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısının adından Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova təqdim etmişdir. Daha sonra Sevinc Süleymanova Solmaz Kazımovaya şərəfli fəaliyyətində uğurlar arzu etdi.
Sonda məktəb-liseyin direktoru Solmaz Kazımova rayonun digər təhsil müəssisələrinin rəhbərləri, məktəbin kollektivi və öz adından Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısına onları daim diqqətdə saxladıqları üçün öz dərin minnətdarlığını bildirdi.

Bineqedi.info