Binəqədidə avtobusda peyvənd olundular – Fotolar

0

Binəqədi rayonunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə səyyar avtobus məntəqəsində vaksinasiyaya başlanılıb.

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları mobil avtobus vasitəsilə də xidmət göstərirlər.

Mobil avtobus hal-hazırda Xutor yaşayış massivində xidmət göstərir.

Binəqədi RİH dəstəyə görə “Xaliq Faiqoğlu” MMC-yə təşəkkür edib.

Bineqedi.info




BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin