Bakıda 19 il axtarışda olan şəxs saxlanıldı

0
altinci-polis-bolmesi

Bakıda 19 il axtarışda olan şəxs saxlanılıb.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələrinə əsasən təqsirli bilinən Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəm Bakı şəhəri ərazisində aşkar olunaraq saxlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin