Binəqədidə yük maşını yandı

0

Bakı şəhərinin Binəqədi rayonunda yük avtomobili yanıb. 

Bineqedi.info saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “Ford” markalı (qəzalı) maşınının yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtomobilinin 1 ədəd arxa fənəri və buferi əriyib.

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin