Binəqədidə “Basketbol” turniri keçirilib

0

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 iyul – Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “Basketbol” turniri keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, “Basketbol” turnirinin nəticəsinə əsasən 1-ci yeri “Sıçrayış” komandası, 2-ci yeri “Dirçəliş” komandası, 3-cü yeri “Qələbə” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Əlizadə Cəlil, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak edib.
Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin