VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ – Vətən müharibəsinə aid şeirlər

0
veten-muharibesine-aid-seirler

Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.
***
Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!
***
Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.
***
İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.
***
Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!
***
Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!

Nicat İsmayılov, “Xəzər Tv”nin redaktoru

 

Həsrət bitdi, Qarabağ

Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.

***
44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.

***
Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.
***
Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.

***
Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.

Müəllif: Nicat İsmayılov,
“Xəzər TV”nin redaktoru

 

Biz Zəfər qazanmışıq!

İgidlər öz qanıyla
Yazdı Zəfər dastanı.
30 il gözləmişdik,
Bu tarixi, bu anı.

***
Dəmir yumruq düşmənə,
Öz yerini göstərdi.
44 günlük döyüşlər,
Tarixi bir Zəfərdi.

***
Analar ağlamasın,
Şəhidlər ölməzdilər.
Düşmənlər öz xoşuyla,
Yurdumdan getməzdilər.

***
44 günə min ilin,
Tarixini yazmışıq.
Qarabağ Azərbaycandır,
Biz Zəfər qazanmışıq.

***
Polad iradəmiz var,
Sınmarıq, əyilmərik.
Bir ölüb, min dirilən
İgid Mübarizlərik.

Müəllif: Nicat İsmayılov, “Xəzər Tv”nin redaktoru