Binəqədinin qəhrəman oğlu – şəhid Rafiq Rahim

0

Rafiq Rahim oğlu Heydərov 01 iyul 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonununda dünyaya göz açmışdı.

Bineqedi.info saytına verilən məlumata görə, orta təhsilini 157 saylı tam orta məktəbdə almışdı. 2016-cı ildə Memarlıq və İnşaat Universiteti Nəqliyyat-tikinti fakultəsini bitirib, elə həmin il Odlar Yurdu Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr təhsilinə başlayıb. 2016-2017-ci illərdə Qusar rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edib. Rafiq Heydərov 14 okytabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Rafiq Heydərov “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin