Azərbaycan Prezidenti Pakistanla birgə hərbi təlimlərdən danışıb

0
prezident

“Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir. Mən Bakıda keçirilən sammitdə şəxsən iştirak etdiyinə və Qoşulmama Hərəkatı çərçivəsində bizim təşəbbüsləri dəstəklədiyinə görə Pakistanın Prezidentinə çox minnətdaram”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.

“Əməkdaşlığımız uğurla inkişaf edir. Biz müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdiririk. Sizin bizim ölkəmizə səfəriniz bunun daha bir göstəricisidir. Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq. Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq. Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha xoş gəlmisiniz”, – Prezident vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin