Binəqədinin qəhrəman oğlu: şəhid Elçin Bağırov – FOTO

0

Bağırov Elçin Yunus oğlu 17 iyun 1994-cü ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olmuşdur.

Bineqedi.info saytına verilən məlumata görə, orta təhsilini 244 saylı tam orta məktəbdə almışdı. 2014-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş və 2018-ci ildə həmin universitetin “Sənayənin təşkili və idarə olunması” ixtisasını bitirmişdi. Elçin 2018-ci ilin iyul ayında ali təhsilini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin artilleriya diviziyasında həqiqi hərbi xidmətini yerinə yetirmişdi. 2019-cu ildə hərbi xidmətini bitirmiş və Bakıya qayıtmışdı. Könüllü olaraq Qarabağ müharibəsində iştirak edən Elçin Bağırov sentyabrın 21-dən təlimlərə qatılmış və müharibənin ilk günlərindən ön cəbhədə döyüşmüşdü.
29 oktyabr 2020-ci il tarixində Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Bağırov Elçin Yunis oğlu “Vətən uğrunda”, ”Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayon Bələdiyyəsinin məsul əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri şəhidimiz Elçin Yunis oğlu Bağırovun doğum günü münasibəti ilə məzarını və ailəsini ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Bineqedi shehid

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin