Səhiyyə sahəsində uğurlu islahatların bariz nümunəsi – Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi

0
melikov-adina-bineqedi-tibb-merkezi-esedulla-sultanov

Sağlamlığımız sağlam əllərdədir

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu gün öz həyatını ən nəcib və lazımlı peşə ilə bağlayanların – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin bayramı kimi qeyd edilir.

Bu tarixin 17 iyun olaraq müəyyən edilməsi də təsadüfü deyil. Belə ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis edilməsi olub. Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü təsis edilərkən də məhz bu məqam əsas götürülüb.

Ötən illər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib.

Azərbaycan səhiyyəsinin əsas inkişafı yolu isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikaya rəhbərlik edərkən bütün sahələr kimi, səhiyyəmizin də yüksəlişini təmin edib, hərtərəfli inkişafı üçün tədbirlər görüb. Yüzlərlə müasir səhiyyə obyektləri inşa edilib, mövcud tibb müəssisələrinin yarıdan çoxu yenidən qurulub, Bakıda və respublikanın digər şəhərlərində ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılıb və bunlar saysız-hesabsız miqdarda ən yeni cihaz və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunub, yüksəkixtisaslı elmi-tibbi kadrlar hazırlanıb.

Kadr hazırlığına böyük diqqət yetirən Ulu Öndər istedadlı gəncləri tanınmış tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına şərait yaradırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ümummilli Lider bu fəaliyyətini müstəqillik illərində də davam etdirdi.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq qurumlardan biri Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvü, 2005-ci ildən isə onun İcraiyyə Komitəsinin üzvüdür.

Bu gün Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır.

 Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Son dövrlər aparılan islahatlar, səhiyyənin idarə olunması sahəsində atılan yeni addımlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafına, dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə inteqrasiyasına zəmin yaradır.

Səhiyyə sahəsində aparılan islahatlar, idarəetmənin daha da təkmilləşdirilməsi Bakının Binəqədi rayonunda fəaliyyət göstərən Ə. Məlikov adına Binəqədi Tibb Mərkəzində də özünü göstərməkdədir.

Məlumat üçün bildirək ki, Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzinə ötən ilin aprel ayından etibarən Sultanov Əsədulla Paşa oğlu rəhbərlik edir.

Xəstəxananın baş direktoru – fəlsəfə elmləri doktoru Əsədulla Sultanov Azərbaycanımızın tanınmış ziyalılarındandır.

Ə. Sultanov 1995-ci ildən 2017-ci ilədək Azərbaycan Tibb Universitetinin I Müalicə- Profilaktika Fakultəsinin dekan müavini vəzifəsində çalışıb.

O, hazırda da tədris fəaliyyətini davam etdirməkdədir.

melikov-adina-bineqedi-tibb-merkezi-esedulla-sultanov6

Onun müəllifi olduğu elmi məqalələr müxtəlif nüfuzlu elmi nəşrlərdə dərc olunub.

Əsədulla Sultanovun Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzinə baş direktor vəzifəsinə təyin olunmasından qısa zaman ötməsinə baxmayaraq, islahatların icrası, vətəndaşlara xidmət, icbari tibbi sığorta üzrə xidmətlərin həyata keçirilməsi, pandemiya ilə mübarizə istiqamətində böyük işlər görülmüşdür.

Əsədulla Sultanov bu səhiyyə müəssisəsinə rəhbər təyin olunduğu ilk gündən etibarən üzərinə düşən vəzifənin layiqincə yerinə yetirilməsi üçün gecə-gündüz çalışır. Müavini Rafiq doktorla birgə insanların rahatlığı, tibb müəssisəsində əsaslı nizam-intizamın bərpası istiqamətində bir sıra mühüm işlər görülmüşdür.  

Belə ki, xəstəxanada struktur dəyişikliyi aparılıb, keçmiş Ə. D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının bazasında Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi yaradılıb.

Burada ambulator, stasionar, Təxirəsalınmaz Təcili Tibbi yardım və s. xidmətlər üzrə struktur formalaşdırılıb.

Bundan əlavə, bu tibb müəssisəsində müasir standartlara cavab verən yeni laboratoriya yaradılıb.

Laboratoriya müasir standartlara cavab verən infrastrukturla tam təmin olunub və işə peşəkar kadrlar cəlb olunub. 

Belə bir müasir laboratoriya demək olar ki, Respublika üzrə bir neçə xəstəxanada vardır.

Xəstəxananın peşəkar həkimləri Vətən müharibəsində də böyük xidmətlər göstərmiş, yaralı hərbçilərimizin müalicələrində mühüm işlər görmüşlər.

Belə ki, xəstəxananın 10 həkimi Vətən müharibəsinin ilk günlərində Füzuli rayonunda ön cəbhədə vuruşan, lakin düşmənlə ağır döyüşlərdə yaralanan igidlərimizin şəfa tapmaları üçün əllərindən gələni əsirgəməmişlər.

Bundan başqa, xəstəxananın peşəkar həkimləri pandemiya ilə mübarizə çərçivəsində modul tipli xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsində xidmətlərini əsirgəməmişlər.

Hazırda Binəqədi rayonu ərazisində həm əhalinin maarifləndirilməsi, həm də vaksinasiya prosesində bu xəstəxananın həkimləri mühüm işlər görürlər.

Bütün bu qeyd etdiklərimiz xəstəxanada Əsədulla Sultanovun rəhbərliyi ilə görülən işlərin, həyata keçirilən tədbirlərin sadəcə bir hissəsidir.

Bütün bu işlərin real nəticəsi isə vətəndaşlara göstərilən xidmətlərin icrasında öz əksini tapır. 

İslahatların aparılması, xidmət səviyyəsinin daha da artırılması isə hər zaman prioritet olaraq qalacaqdır. 

Əsədulla müəllim işini sevən insan olmaqla yanaşı, həm də öz sahəsinin peşəkarlarındandır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissələrindən biri də işlərin daha savadlı, daha peşəkar kadrlara həvalə olunmasıdır.

Hesab edirik ki, belə bir önəmli və əhəmiyyətli işlərin, layihələrin həyata keçirildiyi ərəfədə Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzində bu işlərə rəhbərliyin məhz Əsədulla Sultanov kimi ziyalı və idarəetməni yüksək peşəkarlıqla bacaran kadra həvalə olunması təsadüfi deyil.

Bunun nəticəsidir ki, xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılır, xəstələrin rahatlığı təmin olunur, vətəndaşlara mehribancasına nəvaziş göstərilir.

Bineqedi.info saytı olaraq Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin baş direktoru Əsədulla Sultanov başda olmaqla bütün kollektivi, o cümlədən işini sevən, işinin peşəkarı olan bütün səhiyyə işçilərimizi 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Hikmət Həsənov, Bineqedi.info saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

melikov-adina-bineqedi-tibb-merkezi-esedulla-sultanov6

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin