Binəqədidə motosiklet avtomobillə toqquşub: Gənc xəsarət alıb

0
motosikl

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində, 2000-ci il təvəllüdlü Əhmədzadə Murad Marif oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı motosikletin sürücüsü xəsarətlər alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin