Həftəiçi təşkil olunacaq yarmarkaların ünvanları – SİYAHI + Fotolar

0
bazar-yarmarka-ticaret-kend-teserrufati.jpeg

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 10-11 iyun tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.

Bineqedi.info saytı xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq.

Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.

“Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı baş tutacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin