Binəqədidə qazilərə dəstək məqsədilə görüşlər davam edir – Foto

0

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşləri davam etdirir.

Bineqedi.info-ya verilən məlumata görə, növbəti görüş Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası (AƏAQF), Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Görüş zamanı qazilərə mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, onları maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.
Binəqədi rayonunda keçirilən görüşə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının vitse prezidenti Məryəm Məlikova və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və digər şəxslər qatılıb.
Qazilər göstərilən diqqətə görə dövlətumizə və xalqa minnətdarlığını bildirərək hər zaman dövlətimizin qayğısını hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.
Görüş zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində xalqa qələbə sevincini yaşatmaqda böyük rolu olan bütün qazilər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə əlaqə yaradaraq arzu və istəklərini, o cümlədən, problemlərini dilə gətirə bilərlər.
Bu layihələr respublikanın bütün hüdudlarını davamlı əhatə edəcək. İlkin olaraq, Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.
Bineqedi.info

Bineqedi qazi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin