Binəqədidə baş vermiş yol qəzalarında xəsarət alanlar var

0

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1980-ci il təvəllüdlü Abbasova Samirə Səfər qızı ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Binəqədidə xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 38 yaşlı Kərimov Rauf Ramiz oğlu idarə etdiyi motosiklet avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. R.Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin