Vətənin igid oğlu, Binəqədili şəhid Vüsal Məmmədov – FOTOLAR

0
sehid-vusal-memmedov
Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyun ayının 2-si Bakı şəhərində anadan olub. Bineqedi.info saytına verilən məlumata görə, Vüsalın 2 yaşı olarkən atası Məmmədov Aftandil dünyasını dəyişib. Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbinin 1-ci sinifinə qəbul olub, daha sonra 8-ci sinifdən təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib. 2014-cü ildə elə həmin məktəbin məzunu olmuş və Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olub. Lakin 2019-cu il aprelin 1-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində xidmətə başlayıb.
Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq Havada şəkili ola bilər
2020-ci il oktyabrın 1-də xidmətdən tərxis olmalı idi. 27 sentyabr tarixində başlayan müharibə zamanı, qeyrətli vətən oğulları kimi Vüsal da müharibədə iştirak edib və igidliklə döyüşüb.
26 sentyabrda anasına sevinclə zəng edərək “Döyüşə gedirəm ana, halallığını ver. Vətən bizi gözləyir”, demişdi. Vüsal həm də aprel şəhidi – Emin Bağırovun yaxın dostu idi. Eminin şəhid olması ona ciddi təsir etmiş, bu hadisədən çox mütəəssir olmuşdu. Anasına və dostlarına həmişə deyirdi ki, dostum Eminin və bütün şəhidlərimizin qisasını alacağam. İlk olaraq Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Döyüşdən sonra anasına zəng vuraraq demişdir: “Ana, Eminin qardaşına de Eminin qisasını aldım!”
Bir 2 nəfər, çiçək və açıq Havada şəkili ola bilər
Suqovuşan uğrunda gedən döyüşlərdə yaralansa da müalicə almaqdan imtina edir və yenidən döyüşlərə qayıdır. Suqovuşanı döyüş yoldaşları ilə birlikdə azad etdikdən sonra Ağdərə uğrunda gedən döyüşlərə qoşulur. Elə bu döyüşlərin birində – oktyabrın 12-də Füzuli döyüşləri zamanı ən uca Zirvəyə – Şəhidlik zirvəsinə ucalır.
Bir 2 nəfər, çiçək və açıq Havada şəkili ola bilər
Sonuncu dəfə anası ilə 6 oktyabr tarixində danışmışdı. O tarixdən sonra Vüsalla bir daha əlaqə qurmaq mümkün olmayıb. Onun nəşi, uzun müddət sonra noyabr ayının 28-də şəhidimizin nəşi döyüş meydanından götürülərək noyabrın 29-da Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Bir 1 nəfər, ayakta, çiçək və açıq Havada şəkili ola bilər
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Bir 4 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq Havada şəkili ola bilər
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Ələkbər Mustafayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəal gəncləri və Binəqədi qəsəbə Bələdiyyəsinin sədr səlahiyyətlərini icra edən Rəşad İsayev və Bələdiyyənin sədr müavini Mətanət Nəsibova və digər əməkdaşlar şəhidimiz Vüsal Aftandil oğlu Məmmədovun doğum günü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər.
Allah rəhmət eləsin.
Bir 1 nəfər, ayakta, çiçək və açıq Havada şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar, çiçək və açıq Havada şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin