Biləcəri qəsəbəsində intihara cəhdlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən AÇIQLAMA

0
bineqedi-rayon-icra-hakimiyyeti

Binəqədi rayonu Biləcəri qəsəbəsində Qarabağ əlili olduğu deyilən şəxsin özünü yandırması ilə bağlı məlumat yayılıb.

Bineqedi.info saytı xəbər verir ki, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti açıqlama yayıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“2 iyun 2021-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Hacıyev Məmmədəli İsgəndər oğlu qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd etmişdir. Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd etmişdir.

Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatları törətmişdir”.

Bakıda piştaxtası sökülən şəxs özünü yandırdı

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin