Binəqədidə “Cümhuriyyətdən qələbəyə” adlı videokonfrans keçirilib – FOTO

0

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May- Respublika Günü ilə əlaqədar “Cümhuriyyətdən qələbəyə” adlı videokonfrans formatında tədbir keçirildi.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə YAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivləri, YAP Binəqədi rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova tariximizin şanlı səhifələrindən biri olan 28 May- Respublika Günü münasibətilə tədbir iştirakçılarını və bütün xalqımızı təbrik etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışdı, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırlatdı. Müstəqilliyimizin yenidən bərpa edilməsindən sonra ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, ölkə Prezidenti cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişafı, xalqımızın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında cümhuriyyət ənənələrinə sadiq qaldı. Hazırda ölkəmizdə ümummilli lider Heydər Əliyevin ideyaları siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutur.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi Firdovsiyyə Əhmədova geniş çıxış etdi. 1918-ci il 28 May tarixinə və ondan sonrakı hadisələr barədə ətraflı məlumatlar verdi. Vurğualdı ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiya devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, üçrəngli bayrağımız, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. Azərbaycan Demokratik Respublikası təəssüflər olsun ki, iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bu gün isə qürurla bildiririk ki, müstəqil və müasir Azərbaycan özünün uğurlu inkişaf yolunda qətiyyətlə və inamla addımlayır.
Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Leyla Məlikova tədbirin gedişatında 28 May- Respublika Günü ilə əlaqədar şeir səsləndirildi.
Tədbirin yekununda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov geniş nitq söylədi. Azərbaycan tarixinin şərəfli səhifəsi olan Xalq Cümhuriyyətinin yaradılmasından ətraflı bəhs etdi. Bildirdi ki, Azərbaycan dövləti öz tarixində çoxsaylı qəhrəmanlıq salnamələri yazıb. Bu tarixi hadisələr içərisində müsəlman Şərqində ilk demokratik Xalq Cümhuriyyətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xalq Cümhuriyyətinin yaradılmasına gətirən səbəblər, eləcə də mövcud olduğu 23 ay ərzində əldə olunan uğurlardan danışdı. Bu tarixin heç bir zaman unudulmayacağını və qəhrəmanlıq səhifəsi kimi daim yad ediləcəyini, gələcək nəsillərə çatdırılacağını diqqətə çatdırdı. Ramiz Göyüşov müasir, müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşadığını vurğuladı. Bütün xalqımızı bu əlamətdar tarixi hadisə münasibətilə təbrik etdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, qısa tarixi dövr Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrinin yenidən bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Ramiz Göyüşov, həmçinin bildirdi ki, bu gün dövlətimiz misilsiz inkişaf və tərəqqi yolu keçir. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmən üzərindəki parlaq qələbəsi və tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsi həyata keçirilən güclü ordu quruculuğu, siyasi və diplomatik siyasətin nəticəsidir.
Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif olundu.

Bineqedi.info

Bineqedi tedbir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin