Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri şəhidimizin ailəsini ziyarət etdi

0
bineqedi-sehid-ziyaret
Binəqədi rayonunda şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının ziyarəti davam edir. Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov Vətən müharibəsində ən ali zirvə – Şəhidlik Zirvəsinə ucalan hərbi qulluqçu şəhid Rəşad Rövşən oğlu Ağayevin ailəsini ziyarət edib.
Görüş zamanı Səməndər Mənəfov şəhidin ailəsinə bayram sovqatı təqdim edərək, qayğı və problemləri ilə maraqlanıb.
Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin