Binəqədidə “Azərbaycan mənim ürəyimdir” adlı onlayn tədbir keçirilib – Fotolar

0

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iki hissədən ibarət tədbir keçirilib.

Bineqedi.info xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları – Madər Musayev, Azay Quliyev, Kəmaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, icra başçısının müavinləri Vüsar İsmayılov və Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri Ulu Öndərin Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət ediblər.

İkinci hissədə “ZOOM” platformasında “Azərbaycan mənim ürəyimdir” adlı onlayn tədbir keçirilib. Tədbirdə RİH başçısının birinci müavini İlqar Süleymanov,  icra başçısının müavinləri Vüsar İsmayılov və Sevinc Süleymanova, deputat Kamaləddin Qafarov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin tarix müəlliməsi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, poliklinika rəhbərləri, mədəniyyət müəssisələrinin rəhbərləri və ictimai birliklərin rəhbərləri iştirak ediblər.

İcra başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri əvəzolunmazdır.

Daha sonra çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat veriblər. Tədbir sonda iştirakçıların  birgə müzakirəsi ilə davam etdirilib.

Bineqedi.info




BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin