Binəqədi rayonunda fəaliyyət göstərən Musiqi Məktəbinin böyük uğuru – FOTOLAR

0
bineqedi-musiqi-mektebi
Binəqədi rayonunda fəaliyyət göstərən M. Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin vokal ixtisası üzrə müəllimi Dmitriy Babayevin şagirdləri Beynəlxalq müsabiqələrdə uğurla iştirak edərək yüksək nəticələr göstərib.
Bineqedi.info saytına verilən məlumata görə, Litvada keçirilən “MAMAİ” Beynəlxalq onlayn müsabiqədə Fikrət Əliyev 1-ci yerə, Belarusiyada keçirilən “MİLLENNİUM” III Beynəlxalq müxtəlif janrlı onlayn müsabiqədə Selin Məmmədova on minə yaxın iştirakçı arasında 3-cü yerə və müəllim Dmitriy Babayev “Təşəkkürnamə”yə layiq görülüb.
Görkəmli sənətkar, SSRİ Xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbi 1978-ci ildə yaradılıb.
2014-cü ildə məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin