YAP Binəqədi rayon təşkilatında “Dəmir Yumruq” filmi nümayiş olunub – FOTOLAR

0
yap-bineqedi
YAP Binəqədi rayon təşkilatının inzibati binasında “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.
Bineqedi.info saytına verilən məlumata görə, karantin rejiminin tələbləri gözlənilməklə təşkilatın akt zalında təşkil edilmiş film nümayişində ağsaqqallar, şəhid ailələri, müharibə iştirakçıları və qazilərimiz iştirak edib.
Azərbaycanda yaşayan azsaylı xalqların gənc oğullarının Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən “Dəmir yumruq” sənədli filmi maraqla izlənildi.
Filmin nümayişindən sonra tədbirdə çıxış edənlər qonaqları salamlamış, şanlı ordumuzun qələbəsi münasibətilə təbriklərini çatdırmış, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləmiş, bu filmi Vətən müharibəsi dövründə bütöv bir xalqın öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq tək birləşməsi simvolu kimi dəyərləndirimişlər.
Qeyd edək ki, “Dəmir yumruq” sənədli filminin xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayişi təşkil olunur.
Bineqedi.info
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 3 nəfər, mobilya, ofis və içəridə şəkili ola bilər
Bir 3 nəfər, içəridə və ofis şəkili ola bilər
Bir 1 nəfər, oturur, ayakta və içəridə şəkili ola bilər
Bir 1 nəfər və içəridə şəkili ola bilər
Bir 1 nəfər, ayakta, oturur və içəridə şəkili ola bilər
Bir içəridə şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin