Xalq şairi Fikrət Qoca vəfat etdi, Birinci Fəxri Xiyabanda dəfn olunacaq

0
fikret-qoca

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

Bineqedi.info xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, pandemiya şəraitinə görə Xalq şairi ilə vida mərasimi keçirilməyəcək.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin