Təşkilatçılar arasında Binəqədi rayon Gənclər və İdman İdarəsi də var – FOTOLAR

0
bineqedi-gencler
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi “Vətən Uğrunda”, “İgidliyə Görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş polkovnik-leytenant Ruslan Tağiyevin xatirəsinə həsr olunmuş onlayn şahmat turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Vətən müharibəsi Şəhidi “Vətən Uğrunda” ,” İgidliyə Görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva və övladları, turnirin baş hakimi Fidan Talıbova iştirak edib.
Əvvəlcə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sözü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov açaraq, 44 gün davam edən Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə görə daima şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib.
R. Abbasov öz çıxışında deyib ki, Ali Baş Komandan, hörmətli Prezidentimiz Cənab İlham Əliyevin tapşırığına əsasən bundan sonra bütün tədbirlərimizi şəhidlərimizə həsr etməliyik, onların adı ilə bağlamalıyıq. Sonda o, tədbirdə iştirakına görə şəhidin ailəsinə və turnir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Vətən müharibəsi Şəhidi “Vətən Uğrunda”, “İgidliyə Görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Polkovnik-leytenant Ruslan Tağiyevin həyat yoldaşı Günay Tağıyeva çıxış edərək şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirlərin təşkil olunub keçirilməsində zəhməti keçən hər bir kəsə öz minnətdarlıqlarını bildirdilər.
Sonra qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırıldı.
Bineqedi.info
Bir 1 nəfər, uşaq, ayakta və içəridə şəkili ola bilər
Bir 1 nəfər və ayakta şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər, uşaq və ayakta şəkili ola bilər
Bir 1 nəfər, ayakta və içəridə şəkili ola bilər
Bir 1 nəfər, ayakta və içəridə şəkili ola bilər

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin