Binəqədidə 43 yaşlı kişi bıçaqlandı

0
tecili yardim

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Müşfiqabad qəsəbəsində 1978-ci il təvəllüdlü Hacatov Mehdi Hüseynalı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası və sol budun kəsilmiş yaraları diaqnozu qoyulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin