Binəqədi avtomobillə vurulan qızın ayağı sındı

0
yol polisi

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Dərnəgül qəsəbəsində, 2000-ci il təvəllüdlü Səfərova Nərgiz Sərkər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.report