Müqəddəs Ramazan ayı başladı

0

Bu gün, aprelin 14-i müqəddəs Ramazan ayının ilk günüdür.

Bineqedi.info-nun məlumatına görə, bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edib.

Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

Şəvval ayının 1-i (13 may) Fitr bayramıdır!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin