DİN: “Restoranların açılması o demək deyil ki, toy etmək olar” – VİDEO

0
toyy

“Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir”.

Bineqedi.info saytı xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, kütləvi mərasimlərdə risk təhlükəsi yüksəkdir:

“Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Toyların keçirilməsinə cəhdlərlə bağlı faktların özü də göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Burada dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməlidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin