Binəqədidə Aprel şəhidlərinin məzarı ziyarət olunub

0

Binəqədi rayonunda Aprel şəhidlərinin məzarı ziyarət olunub.

Bineqedi.info xəbər verir ki, ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov və nümayəndəlik əməkdaşları, Binəqədi qəsəbə bələdiyyəsinin sədri səlahiyyətlərini müvəqqəti icra edən Rəşad İsayev və digər əməkdaşlar Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğulları- Fəxrəddin Qurbanlı, Emin Bağırovun ailə üzvləri iştirak ediblər.

Allah Vətən uğrunda həyatını qurban vermiş bütün Şəhidlərimizə rəhmət eləsin!

Bineqedi.info



BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin