Binəqədidə polis avtomobildən oğurluq edən şəxsi tutdu

0
bineqedi-rayon-polis-bolmesi

Bakıda oğurluq hadisəsi olub.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də rayon ərazisində bir avtomobildən içərisində 2015 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O. Quluzadə saxlanılıb.