Azərbaycanda koronavirusun “Britaniya ştammı” aşkarlandı

0
covid-koronavirus-penvend

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bineqedi.info xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin