Azərbaycan hökuməti gənc kadrlara etimad göstərir…

0
bineqedi-gencler-evi-nihad
Nihad Əliyev, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin aktiv könüllüsü
Vətəndaşların rifah halının yaxşılaşması üçün 2019-2020-ci illərin statistik məlumatlarına nəzər salsaq görərik ki, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4.8 faizə enmiş, bu illər ərzində 2 369,0 min iş yeri yaradılmışdır. Eyni zamanda bunu da qeyd etməliyik ki, biz Azərbaycan gəncləri olaraq hər daim Azərbaycan hökümətinin diqqət mərkəzindəyik, bu məqamda cənab prezidentin çıxışından sitat gətirmək istərdim: “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir.”
KİV vasitəsilə biz şahidi oluruq ki, bu gün Azərbaycan hökuməti gənc kadrların yüksək vəzifələrdə çalışmasını təmin edir və dövlət işlərində gənclərə etimad edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan respublikasında rəhbər vəzifələrdə əsasən gənc kadrlar üstünlük təşkil edir.
Azərbaycanın malik olduğu neft sərvətləri hesabına ölkədə formalaşan güclü neft sektoru ilə bərabər tarazlı iqtisadiyyatın qurulması və dinamik qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi məsələlər yeni prioritet vəzifəyə çevrildi. Misal üçün deyə bilərik ki, Dünya Bankı Qrupunun “Doing Business-2020” hesabatında ölkəmiz 78,5 balla qiymətləndirilib,və bu səbəbdən qlobal reytinq sıralamasında 191 ölkə arasında mövüeyimiz 34-cü pillədən 28-ci pilləyə yüksələrək Dünya Bankı tərəfindən “Dünyanın on ən islahatçı ölkəsindən biri” ünvanına sahib olmuşdur.
II Qarabağ müharibəsi zamanı cənab Prezidentin düzgün siyasi və hərbi addımları nəticəsində Azərbaycanın əzəli və əbədi ərazisi olan Qarabağ öz müstəqilliyini bərpa etdi.44 günlük müharibə nəticəsində anti Azərbaycan qüvvələri Azərbaycanın siyasi və hərbi gücünü gördü. Təbii ki, Azərbaycan ordusunun 44 gün ərzində işğal olunmuş torpaqlarımızı geri qaytarması nəinki ölkəmizin hərbi gücü ilə əlaqəli olan proses idi, eyni zamanda bu ölkəmizin son illər həyata keçirdiyi balanslı xarici siyasət və ölkədəki iqtisadi inkişaf dinamikasının hesabına qazanılmış bir üstünlük idi. Müharibədə Azərbaycanın parlaq qələbə qazanmasının müəyyən səbəblərinə, Azərbaycanın siyasi gücü yəni cənab prezidentin siyasi nüfuzu, eyni zamanda Ermənistan tərəfini iqtisadi blokada saxlanılmasını misal göstərmək olar. Danılmaz faktdır ki, bu gün Azərbaycan iqtisadi gücü imkan verir ki, işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa işləri aparılsın və tez bir zamanda yaşayış üçün bütün imkanlarla təmin olunsun. Hətta ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. Misal üçün deyə bilərik ki, 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – “Böyük qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Və mütləqdir ki, işğaldan azad olunmuş ərazilərimizədə eyni qayğı ilə yanaşılacaq və təbii gözəlliyi ilə göz oxşayan Qarabağımız modernləşərək turizm üçün daha əlverişli zonaya çevriləcəkdir.
“Dəmir yumruq” əməliyyatı Erməni silahlı qüvvələrinin qurduğu istehkamları məhv etdi! İllərdir öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız öz yurdlarına geri qayıdır. Təbii ki, bu uğurda asan başa gəlmədi bu çətin yolda minlərlə igid oğullarımız şəhid və qazi olmaq şərəfinə nail oldular. Allah bütün şəhidlərə rəhmət eləsin.
Bir Azərbaycan gənci kimi düşünürəm ki, Qarabağda olan turizm-rekreasiya ehtiyyatları turistlərin, beynəlxalq əhəmiyyətli televiziya kanallarının diqqətini çəkəcək və bura xeyli sayda turist axını olacaq, bu da Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişafına olduqca güclü təkan verəcəkdir. Qarabağ regionu təkcə təbii landşaftının gözəlliyi ilə fərqlənmir, eyni zamanda təbii ehtiyyatların zənginliyi birbaşa Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biridir. Kəlbəcərdə yerləşən qızıl yataqları, mineral su yataqları, yanar faydalı qazıntı yataqları və s. bunların ən bariz nümunəsidir. İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Müstəqil və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan dövləti postkonflikt və post pandemiya dövründə keyfiyyətcə 2021-2030-cu illəri əhatə edən yeni inkişaf dövrünə qədəm qoyur. Düşünürəm ki məsələlərin hər biri Azərbaycanın növbəti 10 il ərzində müsbət sferada sosial-iqtisadi inkişafını inamla demək üçün zəmin yaradır.
Və bu mövzuda Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşür, biz hər daim öz üzərimizdə çalışaraq dövlətçilik ənənələrinə sadiq bir kadr kimi formalaşmalıyıq ki, gələcəkdə dövlət idarəçiliyində müəyyən vəzifələrdə çalışaraq ölkəmizin inkişafına dəstək olaq.
Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.
Nihad Əliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin aktiv könüllüsü

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin