Binəqədidə yollar qardan təmizlənir – Fotolar

0
bineqedi-qar-temizlik

“Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb”.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yaranan qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb. Ən çox qar isə Böyük Qafqaz dağlarının keçdiyi rayonlarda qeydə alınıb:

“Burada qar örtüyünün hündürlüyü yarım metrə çatıb. Bu proses güclü külək və çovğunla müşayiət olunub. Küləyin maksimal sürəti rayonlarda 28 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 25-28 metr/saniyəyə çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər çatmasına səbəb olub”.

bineqedi-qar-temizlik

U. Tağıyeva bildirib ki, respublika ərazisində bu gün gün ərzində əlverişsiz hava şəraiti davam edəcək. Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq.

Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.

Bineqedi.info xəbər verir ki, hava şəraiti ilə əlaqədar Binəqədi rayonunda yollar qardan təmizlənir.

Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Rayon İcra Hakimiyyətinin qəsəbə və sahə inzibari ərazi dairələri, mənzil kommunal təsərrüfat birlikləri və Binəqədi rayon bələdiyyələri ilə birlikdə dünəndən başlayan təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fotoları təqdim edirik.

bineqedi-qar-temizlik2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin