Binəqədi Rayon İcra Hakimiyyəti sosial şəbəkədə yayılmış məlumatlara münasibət bildirib – Açıqlama

0
bineqedi-rayon-icra-hakimiyyeti

Binəqədi Rayon İcra Hakimiyyəti “BİNƏQƏDİDƏ ŞƏHİD ATASINI YERLƏ SÜRÜDÜLƏR” başlığında “Youtube” kanalında yayımlanmış videolarla bağlı açıqlama yayıb.

Bineqedi.info saytı açıqlamanı olduğu kimi təqdim edir:

“Məlumat üçün bildirmək istərdik ki, Vüqar Süleymanov adlı şəxs tərəfindən 05-06 fevral 2021-ci il tarixlərində Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması halı müəyyən edilmiş və qanunsuz tikintinin qarşısı alınmışdır.

Vüqar Süleymanov qanunsuz tikinti işlərinin aparılmasının baş tutmayacağını anladıqda, Qəhrəman Zaqarov adlı şəxsdən istifadə edərək onun tikintisi kimi qələmə verməyə cəhd göstərmişdir.

Tikinti materialları ərazidən aparılan zaman Qəhrəman Zaqarov adlı şəxs özünün şəhid ailəsi olmasını, həmin ərazinin ona ayrıldığını və tikintini nəvəsi üçün apardığını, Vüqar Süleymanov isə oğlu üçün apardığını və Q.Zaqarovun onun qayınatası olmasını bildirmişdir.

Q.Zaqarov və V.Süleymanovla aparılan söhbət zamanı qanunsuz tikinti aparılmasına cəhd edilən ərazidən bir tikilinin iki ayrı-ayrı şəxs üçün inşa ediləcəyi bildirilmişdir.

10.02.2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Qəhrəman Zaqarov və Vüqar Süleymanov adlı şəxslər qəbul edildiyi zaman Bakı Şəhəri İcra Hakimiyyətinin 678 saylı 08.06.1992-ci il tarixli Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsinin ona ayrılması barədə sərəncamını təqdim etmişlər.

Sərəncama əsasən Dövlət Neft Şirkətinin balansında olan Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsində Q.Zaqarova zeytun ağaclarının əkintisinə icazə verilməsinə baxmayaraq, ümumiyyətlə zeytun ağaclarının əkilmədiyi müəyyən edilmişdir.

Aparılmış araşdırma zamanı vətəndaşın iddia edərək qanunsuz tikinti aparmaq istədiyi torpaq sahəsi ümumiyyətlə Q.Zaqarova zeytun ağaclarının əkini məqsədilə ayrılmış torpaq sahəsinə aid olmadığı müəyyən olunmuşdur.

Qəhrəman Zaqarov qəbul zamanı 2.0 ha torpaq sahəsini 1992-ci ildən etibarən hissə-hissə 1 (bir) sotu 400,0 manata kənar şəxslərə fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün satdığını bildirmişdir.

Həmin ərazidə bundan əvvəl 7 dəfə fərqli şəxslər tərəfindən özbaşına fərdi yaşayış evinin tikintisinin aparılmasının qarşısı alınmış və vətəndaşlara yerində hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi izah edilmişdir.

Qeyd olunanlardan əlavə, vətəndaşlar Q.Zaqarov və V. Süleymanov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilərək, torpaq sahəsinin sənədsiz olması, tikintinin qanunsuz aparması və ümumiyyətlə, tikintinin şəhid ailəsinə aidiyyatı olmadığı izah edilmişdir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin