Binəqədidə abadlıq, iməcilik işləri davam etdirilir – FOTOLAR

0

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında Binəqədi rayonu ərazisində irimiqyaslı təmizlik, iməcilik və abadlıq işləri mütəmadi şəkildə davam etdirilir. Bineqedi.info saytına verilən məlumata görə, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənir.

bineqedi-kommunal

Eyni zamanda, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən parklarda yerləşən abidələr yuyulur, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir və ətraf ərazidə təmizlik işləri aparılır.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənir.

bineqedi-kommunal2

Görülmüş işlər çərçivəsində rayon ərazisində fəailiyyət göstərən sahibkarlar da bu işlərdə öz dəstəyini göstərir.

Bineqedi.info

bineqedi-kommunal3

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin