Binəqədidə avtomobil qaçıran şəxslər qəza törətdilər

0
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakının Binəqədi rayonunda avtomobil qaçırılıb.

Bu barədə Bineqedi.info saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov yanvarın 13-də saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Sabunçu rayonu ərazisində dəmir boruya vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri B.Deyistani və İ.Məmmədov müəyyən edilərək saxlanılıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin