Binəqədi Rayon İcra Hakimiyyəti qazinin şikayəti ilə bağlı açıqlama yayıb

0
bineqedi-rayon-icra-hakimiyyeti

44 günlük Vətən müharibəsində iki gözünü itirmiş qazi Allahvediyev Vasif Bayram oğlunun ev problemi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilməməsi barədə xəbərlər yayılıb.

Bineqedi.info saytı xəbər verir ki, məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti açıqlama yayıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

“Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iki gözünü itirən qazimizə qarşı SAYĞISIZLIQ” adlı sosial şəbəkələrdə dərc olunmuş məqalə ilə bağlı Rayon İcra Hakimiyyətinin rəsmi cavabı

Vətən müharibəsinin iştirakçısı olmuş Allahverdiyev Vasif  Bayram oğlu 10 noyabr 2020-ci il tarixdə ailə üzvü və yaxınları ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyətində qəbul edilərək, diqqətlə dinlənilmişdir. Beyləqan rayonunda qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşayan Allahverdiyev Vasif  Bayram oğlunun müraciətinin əsas səbəbi mənzillə təmin edilməsi olmuşdur. Bu barədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşların dövlət hesabına mənzillə təmin olunması barədə qanunvericiliyin tələbləri və qaydaları ətraflı izah edilmiş, bununla bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunduqdan sonra rayon rəhbərliyi tərəfindən qəbul edilməsi barədə heç bir tələbi olmayaraq, inzibati binanı tərk etmişdir.

Əlavə olaraq qeyd etmək istərdik ki, Rayon İcra Hakimiyyətində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri pandemiya şəraitinin tələblərinə uyğun olaraq növbədənkənar qəbul edilir. Eyni zamanda qazimizin qəbulla bağlı hər hansı tələbi olarsa, Rayon İcra Hakimiyyətində növbədənkənar qəbul edilməsi təmin ediləcəkdir”.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin