Binəqədidə evə qaz xətti çəkən şəxs ölüb

0
bineqedi-binagadi-heyet-evi-qaz-xetti (1)

Paytaxtın Binəqədi rayonunda evə qaz xətti çəkən şəxs ölüb.

Binəqədi rayonu İsfahani küçəsində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkən Xəqani Eyvazov bədbəxt hadisə nəticəsində vəfat edib.

1984-cü il təvəllüdlü X. Eyvazov hasarın üstü ilə sayğacdan evə qaz xətti çəkərkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.