Binəqədidə kafedə qanlı ölüm – CİNAYƏT İŞİ

0
bineqedi-qetl-kafe-polis-binagadi

Bakının Binəqədi rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi.

Hadisə Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib. Orada ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Qədirlini bıçaqlayaraq qətlə yetirib.

Məlum olub ki, Mirzağa Məmmədovla Çingiz Qədirli tanış olublar. Həmin hadisə baş verən vaxt Mirzağa Məmmədovla Çingiz Qədirli zarafat edib.

İbtidai istintaq zamanı dindirilən Mirzağa Məmmədov bildirib ki, dostu kafeni icarəyə götürüb nəzarəti ona həvalə edib. O da kafedə həm nəzarətçi, həm də ofisiant kimi çalışıb: “Hadisə baş verən günü ofisiant qız işə gəlməmişdi mən axşam tərəfi kafeyə gəldim. Bir az sonra Çingizgil gəlib oturdular. Mən də onların stoluna yaxınlaşıb hal-əhval soruşdum. Mətbəxdən qayıdanda əlimdəki “kəpənək” bıçaqı fırlada-fırlada onların yanına gəldim. Onlarda mənə dedilər ki, bıçaqla zarataf eləmə, əlindən xəta çıxar”.

Mirzağa Məmmədov daha sonra bildirib ki, tanışlarının etirazına baxmayaraq, o bıçağı açıb-bağlamaqda davam edib. Bıçağı Çingizə tərəf uzadanda iti hissəsi tanışına dəyib. Qədirli ayaqa qalxıb nə etdiyini soruşduqda bilib ki, bıçaq onun sinəsinə batıb: “Çingiz köynəyini qaldıranda gördük qan gəlir. Mən tez marketə gedib araq aldım. Gəlib su ilə, sonrada araqla yarasını yuduq. Xəstəxanaya gedəndə valideynlərinə zarafat edərkən bıçaqın təsadüfən Çingizə batdığını dedim”.

Xəstəxanada gösrətərilən tibbi yardımlara baxmayaraq, Çingiz Qədirli orada dünyasını dəyişib.

Mirzağa Məmədov isə xəstəxanadan polis bölməsinə gəlib.

Məhkəmə prosesi zamanı Mirzağa Məmmədov tanışına xəsarət yetirmək və onu öldürmək məqsədi olmadığını, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə hesab edib ki, Məmmədov Qədirlini qəsdən öldürmək və ya ona bədən xəsarəti yetirmək niyyətində olmayıb. Çünki ölüm hadisəsi ehtiyatsızlıqdan baş verib.

Məhkəmə M.Məmmədovun əməlini 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3 (xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə tövsif edilməsini əsaslı sayıb.
Sonda məhkəmənin hökmü ilə Mirzağa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi apellayasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Məmmədovun üzərində qəti olaraq 15 il cəza saxlanılıb.olke.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin