7-ci mikrorayonda eyni ünvanda dövlət qeydiyyatına alınan şirkətlər kimindir?

0
yeddinci-mikrorayon (1)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “6ES04Y4” MMC olub. “Qaçqınkom” fotostenlərin hazırlanması və quraşdırılması, həmçinin “Brand wall” (“Çərçivəli lövhə”) hazırlanması və quraşdırılması üçün “6ES04Y4” MMC -yə 26 min 900 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 26,9 min manatlıq tender müsabiqəsinin qalibi olan “6ES04Y4” MMC cəmi 4 ay əvvəl – iyul ayının 28-də dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan “6ES04Y4” MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”-da yerləşir. Qanuni təmsilçisi isə Abbasov Elməddin Xaləddin oğludur.
Qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan və 4 ay əvvəl yaranan daha bir şirkət “Qaçqınkom”un sentyabr ayında keçirdiyi tender müsabiqəsinin qalibi olub. 13.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Reliance-2020” MMC təxminən 2 ay sonra – 29.09.2020-ci il tarixində elan olunan tenderin qalibi olub və  “Qaçqınkom”dan 40 min 800 manat alıb.
Maraqlı məqamlardan biri də odur ki, iyul-avqust aylarında “6ES04Y4” MMC və “Reliance-2020” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “6ES04Y4” MMC -nin qanuni təmsilçisi Abbasov Elməddin Xaləddin oğlu eyni zamanda “Bolıvıya” MMC-nin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də  bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
İyul-avqust aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlərin bəziləri bunlar olub:

 

Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
“Lesoto” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Hacızadə Vüsal Xaliq 04.08.2020
“Malavı” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Hacızadə Vüsal Xaliq 04.08.2020
“Samoa-LM” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Quliyev Nicad Vaqif 28.07.2020
“Uqanda” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Quliyev Nicad Vaqif 29.07.2020
“Bolıvıya” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Elməddin Xaləddin 28.07.2020
“6ES04Y4” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Elməddin Xaləddin 28.07.2020
“Kuala-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Səmədov Səməd Salman 20.07.2020
“Petra-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Səmədov Səməd Salman 20.07.2020
“Tonota” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Səmədov Bayram Salman 17.07.2020
“Tamaqa” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Səmədov Bayram Salman 17.07.2020
“Vankuver” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Əli Fizuli 14.07.2020
“Ncamena” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Əli Fizuli 14.07.2020
“Reliance-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Mansurov Rasul Eldəniz 13.07.2020
“Netgear-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Mansurov Rasul Eldəniz 13.07.2020
“Maskat-LM” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əliyev Fərid Muxtarpaşa 10.07.2020
“Yenıera” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əliyev Fərid Muxtarpaşa 08.07.2020
“Dənizli” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əbilov Rolan Əhsən 06.07.2020
“Yolova” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əbilov Rolan Əhsən 06.07.2020
“Oşuma-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26. 20 manat Təhməzov Elnur İbrahim 04.06.2020

Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən biri “Maskat-LM” MMC Diasporla İş Üzrə Dövlət Komitəsinə 0,70×1,05 metr ölçülərində Türkiyə bayrağı satıb. Komitə MMC-dən aldığı bayraqlar üçün ümumilikdə 46 min 500 manat vəsait ödəyib.Yeniavaz.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin